Çoxməqsədli Mi-8AMT helikopteri (istahsalçı kodu Mi-171) TV3-117 mühərrikləri və Vr-14 transmissiya qutusu ilə Mi-8/ Mi-17 helikopterinin müasir modifikasiyasıdır.
Helikopter müxtəlif vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulmuşdur: sərnişin və yüklərin daşınması, böyük ölçülü yüklərin daşınması, axtarış-xilasetmə əməliyyatlarının aparılması və yaralıların təxliyyəsi.
Helikopterin tam uçuş trenajoru real idarəetmələr ilə standart helikopter kabinasından ibarət bir sistemdir. Bu sistemə uçuş sonrası baxış sistemi (debriefing system), təlimatçı stansiyası, hərəkət sistemi, rəqəmsal hesablama və modelləşdirmə kompleksi, görüntü sistemi, kabina avadanlığının imitatorları və cihazlar dəsti ilə təchiz olunmuşdur.
Tam uçuş trenajoru real uçuşu və helikopter sistemlərinin fəaliyyətini real vaxt rejimində və yüksək dəqiqiliklə imitasiya edir.
Helikopterin uçuşun tam imitasiya edən trenajor uçuş heyəti üzvlərinə aşağıdakı vəzifələri yerinə yetirməyə imkanı verir: