BOEING - 757/767

2010-cu ildə Akademiyada Pilotların Hazırlığı Mərkəzi açılmışdır. Burada təyyarə ekipajları və yerüstü personalı üçün ilkin və ixtisasartırma təlimlərin müxtəlif növlərinə imkan verən müasir təlim qurğuları var. Mərkəz Airbus A320 / A319, Boeing-757/767, ATR-42/72 və Mi-8AMT HG pilotlarının hazırlanması üçün ən yüksək beynəlxalq standartı olan D səviyyəli tam uçuş simulyatorları ilə təchiz edilmişdir.

Bakı şəhərində yerləşən B767-300ER/ B757-200 uçuşu tam imitasiya edən təlim qurğusu JAR-FSTD-A standartı üzrə D səviyyəsinə uyğun sertifikatla təsdiqlənmişdir. Sertifikatlar EASA və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə Və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilir. Simulatorun əsas texniki xarakteristikaları aşağıdakı kimidir:

  • Növü və model - В-767-300 ER FFS və B757- 200
  • Tanınma kodu - UK / AZ – 551AZ (B767) və UK / AZ – 551BZ (B757)
  • Mühərriklər - CF6-80C2 B6F (B767), RR RB211-535E4 (B757)
  • İstehsalçı - Thales Training & Simulation Ltd. (TT & S)
  • İstismara verildiyi tarix 1 fevral 2011-ci il(B767) və 8 avqust 2011-ci il (B757)
  • Hərəkət Sistemi - THALES еМ2К
  • Görüntü sistemi - Rockwell Collins ЕР8000
  • Görünüş sahəsi - 200 dərəcə üfuqi və 40 dərəcə şaquli