Tez-tez verilən suallar

1. PHM-də fiziki şəxslərin hazırlıq keçib müvafiq sertifikat alması mümkündürmü??

Mülki Aviasiya sektorunda uçuşların təhlükasizliyinin təmin edilməsi məqsədilə AZAL QSC-nin və Milli Aviasiya Akademiyasının rəhbərliyinin birgə qərarına əsasən hazırda PHM-də fiziki şəxslərin təlim keçməsi təşkil edilmir. Təlimlər yalnız hüquqi şəxslər (mülki aviasiya müəssisələri) və PHM arasında ikitərəfli razılaşmalar əsasında təşkil edilir.

2. Bilmək istərdim ki, PHM-dəki simulyatorlar geniş istifadə üçün nəzərdə tutulubmu? Yəni istənilən vaxt ödəniş etməklə təlim uçuşunu yerinə yetirmək mümkündürmü?

Qeyd etmək istərdik ki, PHM-dəki simulyatorlar əyləncə xarakteri daşımadığından bilavasitə mülki aviasiya sektoru üçün nəzərdə tutulmuşdur. Simulyatorlar vasitəsilə uçuşlar ən yüksək beynəlxalq standartlara uyğun olaraq tam imitasiya edilir və onların mütəmadi olaraq keyfiyyət uyğunlaşdırması aparılır. Bu səbəbdən simulyatorlarımız yalnız pilot heyətinin hazırlanması üçün nəzərdə tutulub. Qeyd edilənlər beynəlxalq aviasiya təşkilatları ilə razılaşdirilmiş sənədlərdə də öz əksini tapmışdir.

3. Hal-hazırda sizin mərkəzdə hansı tip hava gəmilərin üzrə təlim almaq mümkündür?

Hal-hazırda PHM-də qərb texnikası sırasından Boeing 757/767, Airbus 320, ATR 72-500, Rusiya istehsalı İL-76 və Mİ-8 tipli hava gəmiləri üzrə təlimlər təşkil edilməkdədir.

4. PHM-də təşkil edilən təlimlərin qiyməti haqqında məlumat necə əldə etmək olar?

PHM-də təşkil edilən təlimlərin qiyməti haqqında məlumat bilavasitə müəssisənin kommersiya sirri hesab edildiyindən Azərbaycan Respublikasının “Kommersiya sirri haqqında” qanununa əsasən yalnız bizimlə əməkdaşlıq etməkdə maraqlı olan mülki aviasiya müəssisələrinin (hüquqi şəxslərin) rəsmi müraciətindən sonra təqdim edilə bilər.

5. Sizin mərkəzdə mövcud olar simulyatorlar vaxtaşırı keyfiyyət uyğunlaşdırılmasından keçirilirmi?

PHM-da hazırda mövcud olar simulyatorlar mütəmadi olar keyfiyyət uyğunlaşdırılmasından keçirilir və uyğunluq sertifikatı ilə təmin edilir. Yoxlamalar Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və European Aviation Safety Agency – EASA tərəfindən aparılır. Yoxlamaların nəticəsində mərkəzimizə təqdim edilmiş sertifikatlarla saytımızın müvafiq bölməsində tanış ola bilərsiz.