ATR-42/72

2010-cu ildə Akademiyada Pilotların Hazırlığı Mərkəzi açılmışdır. Burada təyyarə ekipajları və yerüstü personalı üçün ilkin və ixtisasartırma təlimlərin müxtəlif növlərinə imkan verən müasir təlim qurğuları var. Mərkəz Airbus A320 / A319, Boeing-757/767, ATR-42/72 və Mi-8AMT HG pilotlarının hazırlanması üçün ən yüksək beynəlxalq standartı olan D səviyyəli tam uçuş simulyatorları ilə təchiz edilmişdir.

Bakı şəhərində yerləşən ATR-72-500 Uçuşu tam imitasiya edən təlim qurğusu JAR-FSTD-A standartı üzrə D səviyyəsinə uyğun sertifikatla təsdiqlənmişdir. Sertifikatlar EASA və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə Və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilir. Simulatorun əsas texniki xarakteristikaları aşağıdakı kimidir:

  • Növü və model – ATR-72-500
  • Tanınma kodu - UK/AZ - 550Z
  • Mühərriklər – PW127M
  • İstehsalçı - Thales Training & Simulation Ltd. (TT & S)
  • İstismara verildiyi tarix 20 dekabr 2010-cu il
  • Hərəkət Sistemi - THALES еМ2К
  • Görüntü sistemi - Rockwell Collins ЕР8000
  • Görünüş sahəsi - 200 dərəcə üfuqi və 40 dərəcə şaquli